Azərbaycan Süni İntellekt Laboratoriyası

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası, süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin və qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır.

Missiya

Məqsədimiz digər sənaye tərəfdaşları, innovativ şirkətlər və akademik institutlarla əməkdaşlıq yolu ilə maarifləndirmə, tədqiqat və inkişafı artırmaq və insan-maşın qarşılıqlı əlaqəsini dəyişdirmək üçün platforma yaratmaqdır. Bu əməkdaşlıq, hüquqi və maliyyə dəstəyi verməklə, innovasiya ekosistemini inkişaf etdirmək, məhsuldarlığı artırmaq və bütün iştirakçıların faydalana biləcəyi mühiti yaratmağı planlaşırıb. Biz həmçinin uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və tam şəkildə istifadə etmək üçün təlimlər, təlim düşərgələri, vebinarlar, konfranslar və məqsədyönlü seminarlar kimi bir sıra geniş fəaliyyətlər təşkil etməyi və iştirak etməyi planlaşdırırıq.

Strateji baxış

Ən müasir nailiyyətlərlə cəmiyyətə rəhbərlik etmək üçün özümüzü süni intellekt sahəsində qabaqcıl görməyi hədəfləyirik. Bununla belə, təşəbbüsümüzün əsas komponentinin, işçi qüvvəsinin təhsili və təlimi olduğunu dərk edirik. Platformamız süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyət və bacarıqları inkişaf etdirmək üçün elmi-tədqiqat və təkmilləşdirmə və istedadların inkişafı üçün sənaye-akademiya tərəfdaşlığının artırılmasına yönəlmiş çox yönlü beynəlxalq ticarət assosiasiyasına bənzəyəcək. Bizim diqqətimiz süni intellekt səriştəsi və infrastrukturu üçün milli giriş nöqtəsi və onun mərkəzi olmaqdır. Biz real dünyada tətbiq olunan, davam edən problemləri həll edən və qabaqcıl həlləri tətbiq edən süni intellekt yaratmaq niyyətindəyik.

Məqsədlər

  • Cari təşkilati və sosial problemlərin tədqiqi və müəyyənləşdirilməsi
  • Süni intellektlə əlaqəli siyasət təklifləri, strategiyaları və konsepsiyalarının formalaşdırılması
  • Süni intellekt modellərinin və tətbiqlərinin yaradılması və təbliği
  • Təbii dil emalı ilə əlaqəli Açıq Data platformasının inkişafı
  • Süni intellekt və Böyük Data üzrə təlimlərin keçirilməsi

Dəyərlərimiz

Biz süni intellekt tətbiqlərindən artan istifadənin əhatə etdiyi etik problemləri anlayır, beləliklə, daha ardıcıl və inklüziv bir mərkəz və iş yeri olmaq üçün, nə olursa olsun, hər bir üzvün özünü dəyərli hiss etdiyi, dəstəkləndiyi və fərdi və ortağ bacarıqlara nail olmaq üçün ilham aldığı bir mədəniyyəti qorumaq üçün çox çalışırıq. Biz müxtəlifliyə, bərabərliyə və şəffaflığa sadiqik və keyfiyyətli məlumatlar, əlçatan təlim proqramları və rəy icamlı ilə effektiv öyrənmə imkanlarını təmin etməyə çalışırıq.